Dünya

Tacikistan-Qırğızıstan sərhədindəki münaqişədə ölənlərin sayı artdı

Sharing is caring!

Tacikistan-Qırğızıstan sərhədində silahlı münaqişə nəticəsində həlak olanların sayı 55-ə çatıb.

“XəbərAl.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi bildirib.

Məlumata görə, münaqişə nəticəsində 36 Qırğızıstan vətəndaşı, o cümlədən 3 hərbçi həlak olub, daha 183 nəfər xəsarət alıb.

Eyni zamanda, Tacikistan KİV-i 19 ölkə vətəndaşının öldüyünü, 88 nəfərin xəsarət aldığını bildirib. Ölənlərdən 9-u hərbçidir.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir