Dünya

Nazim Süleymanov Rusiya klubunda

Sharing is caring!

Nazim Süleymanovun işsiz günləri başa çatıb.

Sports.az xəbər verir ki, xeyli vaxtdır Rusiyada olan təcrübəli mütəxəssis vaxtilə futbolçu kimi parladığı ölkədə çalışacaq.

Süleymanov bir qədər öncə “Ximki” ilə müqavilə bağlayıb. Lakin o, əsas komandanı yox, U-19-u çalışdıracaq.

Nazim bəy Ximkidə böyük rəğbət və sevinclə qarşılanıb. Onun bu kluba keçidi “Ximki”nin səhmdarlarından olan Tufan Sadıqovun istəyi sayəsində baş tutub.

57 yaşlı çalışdırıcı futbolçu kimi Rusiyanın “Alaniya” və “Jemçujina” komandalarının şərəfini qoruyub. Məşqçi kimi “Xəzər Lənkəran”, AZAL, “Neftçi” və “Sumqayıt”ı çalışdırıb, Azərbaycanın U-19 millisinə rəhbərlik edib.

O, sonuncu dəfə dörd il əvvəl “Sumqayıt”da iş başında olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir