Cəmiyyət

Qusarda 29 yaşlı qadın doğuşdan sonra komaya düşdü – VİDEO

Sharing is caring!

Qusarda 29 yaşlı qadın doğuşdan sonra komaya düşüb. 

Doğmaları gənc ananın bu vəziyyətə düşməsində həkim səhlənkarlığı olduğunu iddia ediblər.

Quba rayonunun Digah kənd sakini 29 yaşlı Aygün Nemətova 2-ci övladını dünyaya gətirmək üçün Qusar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yanvarın 23-də qeysəriyyə yolu ilə onun övladı dünyaya gəlib. Övladına qovuşan ana və onun doğmalarının sevinci isə qısa çəkib. Bir gün sonra Aygün Nemətovanın qəfil halı pisləşib və komaya düşüb.

Xəstənin yaxınları iddia ediblər ki, Aygünə sonradan vurulan iynə onun vəziyyətini daha da ağırlaşdırıb. Artıq 18 gündür ki, xəstə komada ağır vəziyyətdədir və səhhətində heç bir irəliləyiş yoxdur.

Aygünün həyat yoldaşı doğuş üçün həkimə 500 manat pul verdiyini, lakin həkimin məsuliyyətsiz davrandığını deyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir