Dünya

Alman turistlər İtaliyada 200 min avroluq heykəli aşırıblar

Sharing is caring!


Almaniyadan gələn turistlər İtaliya villalarından birində 150 ​​illik heykəli aşırıblar.

Məlumata görə, hadisə İtaliyanın Lombardiya bölgəsinin Vicu şəhərindəki Alceo villasında baş verib.

“İnstaqram”da milyon yarım izləyicisi olan məşhur bloqer Yanis Dannerin də daxil olduğu turistlər istirahət üçün evi kirayələyiblər. Həmin villanın bağçasında olan fəvvarənin bir hissəsi heykəltəraş Enriko Buttinin yaratdığı 150 illik Domina heykəli idi. Turistlər şəkil çəkdirən zaman heykəlin üstünə dırmaşıb və onu aşıraraq sındırıblar.

Qeyd edək ki, heykəlin aşmazdan əvvəl qiyməti 200 min avro məbləğində qiymələndirilirdi.

Mənbə: euronews

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir