Cəmiyyət

FHN-in Türkiyədə meşə yanğınlarının söndürülməsində iştirak etmiş amfibiya təyyarəsi ölkəmizə qayıdıb – FOTO

Sharing is caring!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyə Respublikasındakı meşə yanğınlarının daha geniş miqyas almasına imkan verilməməsi və söndürülməsi üçün qardaş ölkəyə kömək məqsədilə göndərilmiş Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə ölkəmizə qayıdıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, qarşısında qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə birgə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat 14:25-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir