Dünya

Ukrayna ordusu son sutkada Rusiyanın 1140 hərbçisini, 61 raketini, 19 artilleriya sistemini məhv edib – FOTO

Sharing is caring!

Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 136 880 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 267 tank, 6 474 zirehli maşın, 2 270 artilleriya sistemi, 463 reaktiv yaylım atəşi sistemi, 234 hava hücumundan müdafiə sistemi, 295 təyyarə, 286 helikopter, 1 997 PUA, 857 qanadlı raket, 18 gəmi/qayıq, 5 134 avtomobil texnikası və avtosistern, 214 xüsusi texnikadan ibarətdir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir