Dünya

Dağıntılar altından 119 saat sonra çıxarılan məktəbli: “Bu gün neçənci gündür?” – VİDEO

Sharing is caring!

Türkiyənin Kahramanmaraş vilayətində baş verən zəlzələ nəticəsində dağıntılar altında qalan lisey şagirdi Kamil Can, qrupların gərgin səyi nəticəsində 119 saat sonra sağ-salamat xilas edilib.

Kamil Can ilk sualı ilə xilasediciləri kövrəldib. Belə ki, o, bu günün həftənin hansı günü olduğunu soruşub. Onu gözyaşı içərisində qucaqlayan dayısı Haluk Besin isə – “Bu gün Kamil günüdür”, – deyib.

Məktəbli təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir