Cəmiyyət

Bu gün Hirkan Milli Parkının yaranması günüdür – FOTO

Sharing is caring!

Hirkan Milli Parkının yaranması günü ilə əlaqədar bu gün Lənkəran Dövlət Universitetinin əməkdaşlarının və tələbələrinin, Lənkəran və Astara rayonlarının ictimaiyyət nümayəndələrinin iştirakı ilə milli parkda tədbir keçirilib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirdə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirən şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra iştirakçılara xüsusi mühafizə olunan təbiət ərazilərinin əhəmiyyəti, milli parkın flora və faunası haqqında məlumatlar verilib, ekoturizm marşrutları ilə gəzintilər təşkil edilib.

Qeyd edək ki, Hirkan Milli Parkı ətraf mühitin mühafizəsi, nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 9 fevral tarixli Sərəncamı ilə yaradılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir