Dünya

Qırmızı dənizdə böhran davam edir: Husilərin PUA-ları zərərsizləşdirildi

Sharing is caring!


ABŞ ordusu “Ənsar Allah” hərəkatının döyüşçülərinin Yəmən ərazisindən atdıqları iki pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

Bu barədə ABŞ-nin Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat verib.

“ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı və koalisiya gəmisi husilərin nəzarətində olan Yəmən ərazisindən atılan iki PUA-nı məhv edib”, – komandanlığın “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edilir.

Bildirilir ki, husilər ABŞ-nin Qırmızı dənizdəki “Laboon” gəmisinə doğru ballistik raket də buraxıblar. Hər hansı zərər və itkilər barədə məlumat verilmir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir