Şou-Biznes

Aftandil İsrafilovun SON DURUMU – Xalq artisti Lent.az-a danışdı

Sharing is caring!

2022-ci ilin dekabr ayında reanimasiyaya yerləşdirilən və ölüm ayağında olan qarmon ifaçısı Aftandil İsrafilovdan yeni xəbər var.

Xalq artistinin vəziyyəti yaxşıdır. Bunu Lent.az-a açıqlamasında sənətçinin özü məlumat verib. 

Qarmon ifaçısı bildirib ki, onun müalicəsi davam edir:

"Şükür, yaxşıyam. Evdəyəm. Hazırda həkimlərin nəzarətindəyəm və müalicələrim davam edir. Səhhətimdə ötən aylar ərzində yaxşılaşma var. İnşallah, hər şey yaxşı olacaq".

Qeyd edək ki, Aftandil İsrafilovun əsas problemi ağciyərlərində idi. Bundan başqa, onun ayaqlarına və ciyərlərinə su yığılmışdı. Böyrəkləri də demək olar ki, işləmirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir