Cəmiyyət

İranda terror törədən şəxsin ruhi xəstəxanaya yerləşdirilməsinə rəsmi Bakıdan REAKSİYA

Sharing is caring!

“İranda Azərbaycan səfirliyinə hücum edən şəxsin ruhi xəstə olması İranın arqumentidir”.

Oxu.Az-ın məlumatına əsasən, bunu keçirdiyi brifinqdə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

O bildirib ki, terrorçunun ruhi xəstəxanaya yerləşdirilməsi başadüşülən deyil.

“O, məqsədli şəkildə terror törədib, şüuru da yerində olub. Tutulandan sonra isə o, İran televiziyalarına müsahibə verdi”, – deyə qurumun sözçüsü əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.

Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı – Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir