Dünya

Müəllimin kimya dərsində təcrübəsi partlayışla nəticələndi: 12 yaralı – FOTO/VİDEO

Sharing is caring!

Avstraliyada kimya dərsində elmi təcrübə zamanı partlayış olub. Nəticədə 12 nəfər xəsarət alıb. Onlardan 11-i uşaqdır.

Hadisə Sidneydə baş verib.

Uşaqlar tibb müəssisəsinə yerləşdiriliblər, onlardan ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Həkimlər zərərçəkmişlərə döş qəfəsinin, üz və ayaq nahiyəsinin yanığı diaqnozu qoyub. Müəllim səthi yanıq xəsarətləri alıb

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.

Mənbə: The Sidney Morning Herald

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir