Dünya

Ukraynada son vəziyyət – VİDEO

Sharing is caring!

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.

O bildirib ki, Kiyevdə həftə sonu dayanmadan hava həyəcan siqnalı verilib. 

“Rusiya tərəfindən Kiyev və qonşu vilayətlərə raket hücumları gözlənilsə də, bu baş tutmadı. Buna baxmayaraq, genişmiqyaslı hava hücumları hələ də gözlənilir və bununla bağlı əhaliyə xəbərdarlıqlar edilir”, – deyə jurnalist əlavə edib.

Qeyd edilib ki, Ukraynada yaşayan azərbaycanlılar Xerson və Donetskdə partizan dəstələri yaradıblar:

“Onlar əsasən öz yaşadıqları ərazilərin müdafiəsində, eləcə də itkin düşən azərbaycanlıların, o cümlədən digər türkdilli xalqların axtarışında, girov götürülənlərin əməliyyat keçirilərək geri qaytarılmasında fəal iştirak edirlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir