Cəmiyyət

Kamran Əliyev türkiyəli həmkarlarına başsağlığı verib

Sharing is caring!

Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev fevralın 6-da baş vermiş zəlzələ ilə bağlı Türkiyə Respublikasının baş prokuroru Bekir Şahinə, ədliyyə naziri Bekir Bozdağa, Ali Məhkəmənin sədri Mehmet Akarcaya və İstanbulun Baş prokuroru Şaban Yılmaza başsağlığı məktubları ünvanlayıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbərdən kədərləndirdiyini bildirən aş prokuror, bu dəhşətli hadisə ilə əlaqədar türkiyəli həmkarlarına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir