Cəmiyyət

Qəbələdə zəncirvari QƏZA: Polis xəsarət alıb

Sharing is caring!

Qəbələ rayonunda zəncirvari qəza baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 10:30 radələrində Qəbələ şəhəri ərazisində Mənsur Məmmədovun idarə etdiyi VAZ-2107, Rəhim Məmmədovun idarə etdiyi VAZ-2106 və Ələsgər Mikayılovun idarə etdiyi VAZ-2107 markalı avtomobillər toqquşub.

Nəticədə iki nəqliyyat vasitəsinin müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücüləri – M.Məmmədov və R.Məmmədov – rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Mənsur Məmmədov polis nəfəridir və hadisə xidmətdən kənar vaxt qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir