Cəmiyyət

Zaqatalada yeni təmir olunan körpünün dağılmasının yaratdığı təhlükə – VİDEO

Sharing is caring!

Zaqatalanın girişində, Tala çayı üzərindəki körpünün yolla birləşən hissəsində çat əmələ gəlib. 

Sürücülər deyirlər ki, yolun bu vəziyyətdə olması ciddi təhlükələr törədir və tez-tez qəzaların baş verməsinə səbəb olur.

“Keçən dəfə bu yolda qəzaya düşdüm. Biri gəldi, ilişib düşdü körpüdən aşağı. Təmir etsələr, canımız qurtarar”, – deyə sakin bildirib.

Körpüdə bir neçə gün əvvəl bərpa işləri aparılıb, amma bundan sonra ərazidə yenidən çatlar yaranıb. Çünki körpünü təkcə asfaltlamaqla təmir etmək mümkün deyil. 

Üstəlik, yolların tikintisində bir neçə tərəf iştirak etdiyindən onların arasında kommunikasiyanın zəifliyi bəzi çətinliklər yaradır.

Qeyd edək ki, 2017-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Tala çayı üzərindəki bu körpünün də daxil olduğu Zaqatala-Balakən-Mazımçay yolunun əsaslı təmiri üçün 24,6 milyon manat ayrılıb. Lakin keçən 5 il ərzində sözügedən körpüdə dəfələrlə eyni problem yaranıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir