İqtisadiyyat

Mikayıl Cabbarov Kadri Simson ilə görüşüb – FOTO

Sharing is caring!

İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa İttifaqının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson ilə görüşüb.

O, bu barədə öz “Facebook” profilində paylaşım edib.

Bildirilib ki, görüşdə yaşıl enerjiyə keçid strategiyası, resurslardan səmərəli istifadə və enerji sahəsində tərəfdaşlığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb.

Azərbaycanda bərpa olunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən yüksək dəyərləndirilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir