Cəmiyyət

Sabirabadda minik avtomobilləri toqquşdular: Xəsarət alanlar var – FOTO

Sharing is caring!

Sabirabadda avtomobil qəzası zamanı iki nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Horadiz magistral yolunun 21-ci kilometrliyində – rayonun Nərimankənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil “Toyota” markalı maşınla toqquşub.

Qəza nəticəsində Bakı şəhər sakinləri, 1966-cı il təvəllüdlü Abbasova Nailə Rəhim qızı və 1994-cü il təvəllüdlü Abbasova Könül Arzu qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir