Cəmiyyət

Bakıda ƏMƏLİYYAT: İki nəfərdən külli miqdarda narkotik götürüldü – FOTO/VİDEO

Sharing is caring!

Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Polisə Elnur adlı şəxsin rayon ərazisində narkotiklərin satışını həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs – Elnur Sultanov tutularaq Polis İdarəsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 4 bükün heroin aşkar edilib. Saxlanılan şəxs tanışı Hikmət Səmədovun tapşırığı ilə Nizami rayonu və paytaxtın digər ərazilərində narkokuryerlik etdiyini bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq Hikmət Səmədov da qısa zamanda saxlanılaraq istintaqa təqdim edilib. Sonuncunun idarə etdiyi avtomobildən 2 kiloqram 668 qram heroin və 5 kiloqramdan artıq marixuana aşkar olunub. Hikmət Səmədov narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu Baba adlı şəxsdən Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib. 

Aşkar edilən faktlarla bağlı İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Nizami rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir