Cəmiyyət

Göygöldə şaxtalı hava səbəbindən dağ yollarında nəqliyyatın hərəkətində problem yarandı – FOTO

Sharing is caring!

Göygöl rayonunda şaxtalı və qarlı hava səbəbindən yaranan fəsadların aradan qaldırılması istiqamətində aidiyyatı qurumlar tərəfindən tədbirlər görülür.

“Report”un məlumatına görə, qarlı və yağıntılı hava şəraiti ilə bağlı şəhərin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin canlı qüvvə və texnikaları tərəfindən yolların, eləcə də piyada səkilərinin qardan təmizlənməsi işləri davam etdirilir.

Qarlı və şaxtalı havanın hökm sürməsinə baxmayaraq, görülən qabaqlayıcı tədbirlər nəticəsində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkəti təmin edilməsi üçün Göygöl şəhərində və Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda tədbirlər həyata keçirilir.

Qum və duzdan istifadə olunmaql bütün yollar və piyada səkiləri buzdan operativ şəkildə təmizlənir.

Hava şəraitinin gecə saatlarında daha da şaxtalı olması, yolların buz bağlaması nəzərə alınaraq müxtəlif təyinatlı texnikalar vasitəsilə növbəlilik əsasında yollara qum-duz qarışığı səpilməsi üçün xüsusi tapşırıqlar verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir