Dünya

Rusiyanın Ukraynadakı müharibəsinə Qərargah Rəisi rəhbərlik edəcək

Sharing is caring!

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bu gün Ukraynada aparılan hərbi əməliyyatlar zonasındakı Birləşmiş Qüvvələr Qrupunun rəhbərliyində dəyişiklik edilməsi barədə əmr imzalayıb.

Bu barədə nazirlikdən məlumat verilib.

Bildirilib ki, Baş Qərargah rəisi Valeri Gerasimov müharibə bölgəsindəki Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin edilib.

Həmçinin, Aerokosmik Qüvvələrin baş komandanı, ordu generalı Sergey Surovikin, quru qoşunlarının baş komandanı, ordu generalı Oleq Salyukov və RF Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini General-polkovnik Aleksey Kim onun müavinləri kimi təsdiq olunub.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir