Cəmiyyət

Gələn ildən azad edilən ərazilərdəki faydalı qazıntı yataqlarının istismarına başlanılacaq

Sharing is caring!

“Gələn il əsas prioritet sahələrimizdən biri işğaldan azad olunan bölgələrdəki faydalı qazıntı yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsidir”.

“Report” xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ikin mərhələdə işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpası ilə bağlı tikinti layihələrinin həyata keçirilməsi üçün həmin ərazilərdə yerləşən ümumi yayılmış faydalı qazıntı yataqlarından istifadə edilməsinə icazələrin verilməsi nəzərdə tutulur:

“Agentliyin fəaliyyət istiqamətləri çərçivəsində 2023-cü ildə də digər işlərə qaldığı yerdən davam ediləcək. Bu sahədə hesabatlılığın təmin edilməsi, yerin təkinin mühafizəsinin təmin olunması, mineral xammal bazamızın artırılması və qorunması, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilərək ölkəmizdə tətbiq olunması üçün intensiv olaraq işlər davam etdiriləcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir