Cəmiyyət

Zabratda çirkab suların ağacların dibinə axıdılması ilə bağlı AÇIQLAMA – FOTO

Sharing is caring!

Sabunçu Rayon İcra Hakimiyyəti Zabrat qəsəbəsində Badamlıq adlanan boş əraziyə maşınlarla gətirilib boşaldılan çirkab sularla bağlı açıqlama verib. 

RİH başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Elnur Şiriyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, əraziyə çirkab sularının atılması ilə bağlı polisə müraciət olunub:

“Ərazi nəzarətdədir. Dəfələrlə oradan maşınların cərimə meydançasına aparılmasını özümüz təmin etmişik. Ərazi boş sahədir və biz bunu edənlərlə mübarizə aparırıq”.

Qeyd edək ki, PhotoStock.az əraziyə yük maşınları ilə çirkab sularının axıdılması ilə bağlı fotoları lentə alıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir