İdman

UEFA Avropa Liqası: “Qarabağ” Norveçdə “Molde”nin qonağı olacaq

Sharing is caring!


“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Norveçdə “Molde”nin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Görüşü Erik Lambrextsin başçılıq etdiyi belçikalı hakimlər briqadası idarə edəcək.

Altı xala malik komandalar H qrupunda ikinci-üçüncü yerləri bölüşdürürlər. Azərbaycan çempionu qələbə qazanacağı təqdirdə Avropa Liqasının pley-off mərhələsinə vəsiqəni rəsmiləşdirəcək.

Qrupun digər matçında Almaniyanın “Bayer 04” klubu İsveçdə “Hakken”in qonağı olacaq. Bu oyun da eyni saatda başlayacaq.

UEFA Avropa Liqası

Qrup mərhələsi, V tur

00:00. “Molde” (Norveç) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Erik Lambrexts (Belçika).

Norveç, “Molde” stadionu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir