Cəmiyyət

Qazaxıstan vətəndaşını Bakıda avtomobil vuraraq öldürüb

Sharing is caring!


Paytaxtın Həsən Əliyev küçəsində noyabrın 29-da yol-nəqliyyat hadisəsi nəticəsində Qazaxıstan vətəndaşı Nübar Kuliyeva ölüb.

“Report” xəbər verir ki, saat 7 radələrində Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Mərdan Qabil oğlu Əhmədov idarə etdiyi “FIAT Doblo” markalı avtomobillə piyada zolağı ilə yolu keçən 1959-cu il təvəllüdlü Nübar Kuliyevanı vurub.

Sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir