Cəmiyyət

Bakı-Sumqayıt yolunda qəza baş verib, xəsarət alanlar var – FOTO

Sharing is caring!

Abşeron rayonunda minik maşını yük avtomobilinə çırpılıb.

APA xəbər verir ki, qəza Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri ərazisinə düşən hissəsində qeydə alınıb.

Emin Bağırov idarəetməsində olan “Ford” markalı yük maşınını yol kənarında saxlayıb. Eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı minik avtomobilinin sürücüsü sükana nəzarəti itirərək maşınını yol kənarında dayanan “Ford”a çırpıb.

E.Bağırov yüngül bədən xəsarətləri alıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Müəyyən edilib ki, minik avtomobilinin sürücüsü və sərnişini də xəsarət alıb.

Fakt üzrə araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir