Dünya

Trampı kədərləndirən ölüm: “Bizim möhtəşəm almazımız…” – FOTO

Sharing is caring!

ABŞ-da “Diamond and Silk” proqramının aparıcılarından biri olan, siyasi şərhçi və bloqer  Diamond Linnett Hardavey 51 yaşında vəfat edib.

Hardavey ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarı kimi tanınıb.

Tramp onu üzən bu xəbəri özünün “Truth Social” sosial şəbəkəsində paylaşıb.

Keçmiş prezident paylaşımında Hardaveyin ölümünün gözlənilməz olduğunu bildirib. Həmçinin bunun  respublikaçılar üçün həqiqətən pis xəbər olduğunu qeyd edib.

“Respublikaçılar və açığını desək, bütün amerikalılar üçün həqiqətən pis xəbərdir. Möhtəşəm “almazımız” Şimali Karolinadakı çox sevdiyi evində vəfat etdi”, – deyə Tramp kədərini ifadə edib.

Tramp siyasətdə keçdiyi yol boyu Hardaveyin ona dəstək olduğunu vurğulayıb.

Hardaveyin “Diamond and Silk” şousu Donald Tramp seçkilərdə qalib gəldikdən sonra məşhurlaşıb.

Tamamilə Tramp tərəfdarı olan Hardavey hətta Ağ Evdəki Oval Ofisdə Trampla tez-tez görüşlər keçirib.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir