Cəmiyyət

“Hyundai”la qəbiristanlığa oğurluğa gələn şəxs saxlanıldı

Sharing is caring!

İsmayıllıda qəbiristanlıqdan oğurluğa cəhd olunub.

Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən xəbərə görə, hadisə dekabrın 23-də İsmayıllı şəhəri ərazisində yerləşən qəbiristanlıqda qeydə alınıb. Məzarların ətrafına çəkilmiş 16 ədəd dəmir barmaqlığı “Hyundai” markalı avtomobili ilə oğurlamağa cəhd göstərən şəxs İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ziliyev olması müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir