İdman

“Vüqar Həşimov Memorial-2023” superturnirinin yeri və vaxtı açıqlandı

Sharing is caring!


Qəbələdə görkəmli şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “Vüqar Həşimov Memorial-2023” superturniri keçiriləcək.

“Report” xəbər verir ki, dekabrın 7-11-i aralığında 10 şahmatçının iştirakı ilə baş tutacaq yarış rapid və blits üzrə təşkil olunacaq.

Sayca 9-cu superturnir Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.

Qeyd edək ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə baş tutub. Dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov iki (2016, 2017), ABŞ təmsilçisi Fabiano Karuana (2021) və özbəkistanlı Nodirbek Abdusattorov (2022) isə hərəyə bir dəfə turnirin qalibi olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir