Cəmiyyət

İtirdiyi bank kartından pul oğurlandı

Sharing is caring!

Sumqayıt şəhər sakininin itirdiyi bank kartından 390 manatının oğurlanması barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən (DİN) Oxu.Az-a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Elmir Musayev müəyyən olunaraq saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar olunaraq götürülüb.

Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir