Dünya

Dəhşətli zədə: Marselo rəqib futbolçunun ayağını sındırdı, göz yaşlarını saxlaya bilmədi – FOTO/VİDEO

Sharing is caring!


Braziliyanın “Fluminense” klubunda çıxış edən “Real Madrid”in sabiq ulduzu Marselo Argentina “Argentinos Juniors”unun futbolçusu Luçiano Sançesə ağır xəsarət yetirib.

Hadisə komandaların Buenos Ayresdəki Libertadores Kubokunun 1/8 final mərhələsi matçında baş verib. Marselo epizodların birində top uğrunda mübarizə zamanı rəqib oyunçunun ayağını tapdalayıb. Toqquşma nəticəsində Sançesin sol ayağı qırılıb.

Marselo bu hərəkətinə görə 58-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Ağır zədəyə səbəb olan sol cinah müdafiəçisi göz yaşlarını saxlaya bilməyib. O, matçdan sonra L.Sançesdən üzr istəyib və reabilitasiyasına kömək edəcəyini bildirib. Argentina klubunun oyunçusu futbolda belə halların normal olduğunu söyləyib. Marselo daha sonra sosial şəbəkə hesabı vasitəsilə də Sançesdən üzr istəyib.

Luçiano Sançesin təxminən bir il yaşıl meydanlardan kənar qalacağı bildirilib.

Qeyd edək ki, sözügedən matç 1:1 hesablı bərabərliklə başa çatıb.

Mənbə: Marca

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir