Dünya

İran Belarus və Rusiyada dron istehsal edəcək

Sharing is caring!


İran Belarus və Rusiyada dron zavodları tikməyə hazırlaşır.

Bu barədə Amerika Müharibə Tədqiqat İnstitutu (ISW) məlumat yayıb.

“Bu, Moskvaya PUA-ların sayını artırmağa, Tehrana isə ölkəyə valyuta cəlb etməyə kömək olmalıdır”, – deyə İnstitutun məlumatında qeyd olunur.

Məlumatda, həmçinin qeyd olunur ki, iyulun 31-də Belarusun müdafiə naziri Viktor Xrenin İranın müdafiə naziri Məhəmməd Rza Aştiani ilə görüşüb və Belarusda PUA zavodunun yaradılmasını müzakirə edib.

Həmçinin iranlı mühəndislər Belarusun Qomel şəhərində olublar və bu şəhərdə yerləşən zavodun pilotsuz təyyarələr istehsalı müəssisəsinə çevirməyin imkanlarını araşdırıblar.

İyun ayında isə ABŞ İranın Rusiyaya pilotsuz uçan aparatları zavodunun tikintisinə kömək etdiyini bildirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir