Dünya

Dağıntılar altında qalan qızı üçün yardım istəyən tanınmış aktyora kədərli xəbər verildi – FOTO

Sharing is caring!

Türkiyənin tanınmış teatr və kino aktyoru Orhan Aydının zəlzələ zamanı dağıntılar altında qalan qızı Eylem Aydın həyatını itirib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Maltepe Bələdiyyə Başçısı Əli Kılıç sosial media hesabından xəbər verib.

“Orxan Aydına gözəl xəbər verə bilmədik. Çox kədərliyəm. 36 saatlıq fasiləsiz işdən sonra əziz qızı Eylem Şafak Aydın dağıntılar altından çıxarıldı. Başımız sağ olsun”, – deyə o, paylaşımında bildirib.

Xatırladaq ki, br müddət əvvəl aktyor Orhan Aydın zəlzələdən sonra qızı Eylem Şafak və keçmiş həyat yoldaşı Elif Torun Önerenin Hatayda dağıntılar altında qaldığını açıqlamışdı. Aktyor daha sonra keçmiş həyat yoldaşının dağıntılar altından çıxarıldığını, ancaq qızının hələ də yardım gözlədiyini bildirmişdi.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir