Cəmiyyət

Naxçıvanda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var – FOTO

Sharing is caring!


Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsində iki nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə Əziz Əliyev prospektində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən 90-ZX-236 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobil yolun kənarında dayanan 99-KG-377 dövlət nömrə nişanlı “Mercedes-Benz” markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində VAZ-2107-in sürücüsü Özal Səbuhi oğlu Seyfullayev və sərnişin Aqil Vəli oğlu Bəşirov xəsarət alıb. Yaralılar Naxçıvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin işçiləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir