Cəmiyyət

Daşkəsəndə qanunsuz ovla məşğul olan şəxs saxlanıldı – FOTO

Sharing is caring!

Daşkəsəndə qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində rayonun Xoşbulaq kənd sakini Elşad Allahverdiyevin özünə məxsus, müvafiq icazə sənədləri olan TOZ markalı tüfənglə Daşkəsən rayon Təzəkənd kəndi ərazisində qanunsuz olaraq çöl qabanı ovlaması müəyyən edilib.

E.Allahverdiyev qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılaraq RPŞ-yə gətirilib və bir ədəd ov tüfəngi, patronlar, eləcə də çöl qabanı maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir