MARAQLI

Ulduzu əfsanəyə çevirən təsadüfi rastlaşma, verilən vəd, vaz keçilən qərar… – FOTO

Sharing is caring!


Tanınmış britaniyalı musiqiçi, bəstəkar, aktyor, prodüser və əfsanəvi “The Rolling Stones” qrupunun frontmeni Mik Caqqer 80 yaşını qeyd edir.

Qrupun tarixi 1961-ci ildə köhnə sinif yoldaşları Caqqer və Kit Riçardsın dəmiryolu platformasında təsadüfən rastlaşması ilə başlayıb. Mik əlində val qalağını tutmuşdu və Kit onunla musiqi haqqında danışmağa başladı. Məlum oldu ki, köhnə dostlar blüzu və rok-n-rollu sevirlər. Riçards gitarada pis ifa etmirdi, ona görə də Caqqer onu yeni yaranmış “Little Boy Blue & The Blue Boys” qrupuna dəvət etdi. Bir il sonra onlar Londonda (İngiltərə) musiqi qrupuna qoşuldular, 1964-cü ildə debüt albomlarını buraxdılar və bu albom dərhal hitə çevrildi.

“The Rolling Stones”un uzunömürlü olmasının əsas səbəbi isə Mik Caqqerdir.

Pul öz yerində, amma musiqi tənqidçilərinə görə Caqqer təkcə solo müğənni, ya qrupun adi üzvü deyil. O, frontmen rolunu ixtira edib – həm üslubu təyin edən bir vokalçı, həm də bütün musiqi qrupuna rəng qatan ifaçıdır. 

Caqqer 1998-ci ildə rok-n-rollun Şöhrət Zalına daxil olub, 2003-cü ildə Böyük Britaniya kraliçası II Elizabet onu cəngavər elan edib, 2004-cü ildə musiqiçi Böyük Britaniyanın Musiqi Şöhrət Zalına (UK Music Hall of Fame) daxil olub.

Əfsanəvi ifaçı ad günü üçün özünə hədiyyə də hazırlayıb – Nyu-Yorkdan (ABŞ) 36 yaşlı balerina Melani Hamriklə evlənir. Müxtəlif qadınlardan səkkiz uşaq atasının sevdiyi ilə arasındakı 43 yaş fərqi isə onların heç birini narahat etmir.

Qeyd edək ki, sevgililər arasında münasibət çoxdan başlasa da, Mik əvvəldən evlənmək fikrində olmadığını deyib. Hətta oğulları Devero dünyaya gəldikdə belə (hazırda 6 yaşındadır) o, Melaniyə uşağa dəstək olacağını, ancaq evlilik barədə fikrini dəyişmədiyini deyib. Deyilənlərə görə, Melani Hamrik, ümumiyyətlə, bu barədə israr etməyib, hətta uşaq üçün dəstəkdən imtina edib.

Mik Nyu-Yorkda olanda imkan tapdıqca Melani və oğlunu görməyə çalışsa da, Londonda (İngiltərə) müstəqil yaşamağa üstünlük verib. Lakin illər keçdikcə fikrini dəyişib: Əvvəlcə baş rolunun Melaniyə aid olduğu “Porte Rouge” baletinə musiqi yazıb, hətta məşqlərdə oldu, indi isə onunla evlənir.

Caqqerin rekorduna özü üzərində qələbələr də daxildir: 80-ci illərin sonunda o, spirtli içkilərdən, siqaretdən və narkotiklərdən imtina barədə özünə söz verdi və vədini yerinə yetirdi.

Hazırda 80 yaşında olan Caqqer karyerasını bitirmək fikrində deyil:

“Düşünürəm ki, mənim işim insanları iki saat ərzində yaxşı hiss etdirməkdir. Mənim vəzifəm elə budur”.

Mənbə: RG.RU

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir