Cəmiyyət

Ucarda 16 yaşlı qızın toyunda polis də iştirak edib – AÇIQLAMA

Sharing is caring!

Ucarda yetkinlik yaşına çatmayan qızın toyu olması barədə məlumat vermişdik. Toy məclisi Qaracallı kəndində dekabrın 17-də baş tutub.

Toy məclisinin görüntüləri sosial şəbəkələrdə yayılıb. İddia edilir ki, məclisdə Elçin Neymanov adlı polis əməkdaşının mülki geyimdə iştirak edib.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov bildirib ki, həmin toy məclisində iştirak edən Ucar Rayon Polis Şöbəsinin əməkdaşı E.Neymanov barəsində də xidməti yoxlamalar aparılır:

“Azyaşlının erkən nigaha daxil olması ilə bağlı Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək. Bundan əlavə, həmin toy məclisində iştirak edən Ucar Rayon Polis Şöbəsinin əməkdaşı E.Neymanov barəsində də xidməti yoxlamalar aparılır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir