Dünya

Londonda bayram şənliyində yüzlərlə insan xəstəxanalıq oldu

Sharing is caring!

İngiltərənin paytaxtı Londonda türk restoranında keçirilən Milad şənliyində dəm qazından kütləvi zəhərlənmə baş verib, 200-ə yaxın insan xəstəxanalıq olub.

Restoran işçisinin sözlərinə görə, insanlar qəfil özlərini pis hiss edib və təcili yardım çağırmağa başlayıblar.

Zərərçəkənlər eyni şikayətlərlə şəhərin müxtəlif klinikalarına yerləşdiriliblər: ürəkbulanma və başgicəllənmə. Həkimlər xəstəxanalara yerləşdirilənlərin hamısının orqanizmində yüksək miqdarda dəm qazı olduğunu müəyyən ediblər.

Bəzi xəstələr isə reanimasiyaya yerləşdirilib.

Mənbə: Gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir