Cəmiyyət

Şəkidə avtomobil inəyi vurdu: Ölənlər və yaralananlar var

Sharing is caring!

Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər və yaralananlar var.

“Report”un məlumatına görə, rayonun Çayqaraqoyunlu kənd sakini Elçin Məmmədovun idarə etdiyi 30-BK-823 dövlət qeydiyyat nişanlı VAZ-21011 markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan inəyi vurub.

Daha sonra idarəetmədən çıxan avtomobil yol kənarında dərəyə aşıb. Qəza zamanı sürücü xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avtomobildə olan iki azyaşlı isə hadisə yerində ölüb.

Qəzaya dumanlı havanın səbəb olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir