Cəmiyyət

“Bakı Metropoliteni”nin əməkdaşı: “Bəzi hallarda sərnişinlərlə aramızda mübahisə yaranır” – VİDEO

Sharing is caring!

6 noyabr Bakı Metropoliteni işçilərinin peşə bayramı günüdür.

“Report”un əməkdaşı bir çox sərnişinin səsi və siması ilə tanıdığı “Bakı Metropoliteni” QSC-nin əməkdaşı Zeynəb Allahverdiyeva ilə həmsöhbət olub.

O, artıq 7 ildir “Bakı Metropoliteni”ndə platforma üzrə növbətçi kimi fəaliyyət göstərir: “Saat 14:30-dan 21:30-a kimi yeraltı “şəhərcik”də, yəni Bakı metrosunda fəaliyyət göstərirəm. Burada çalışmaq mənim üçün çox maraqlıdır. Düzdür, işimizlə əlaqədar olaraq, günün sıxlıq yaşandığı müəyyən saatlarda bəzi hallarda sərnişinlərlə aramızda mübahisə də yarana bilir.

Çalışırıq ki, həm vəziyyəti, həm də sıxlığı tənzimləyə bilək. Ən gərgin anlardan biri isə sərnişinin bilərəkdən, yaxud bilməyərəkdən platformaya düşməsidir. Bəzən elə olur ki, sərnişinlərdən hansısa əşyasının arxasınca platformaya düşür. O anı ən gərgin hesab etmək olar. Çünki insan həyatının təhlükəsizliyi həmin an hər şeydən önəmlidir. Bu baxımdan metroda çalışmaq həm məsuliyyətli, həm də şərəflidir”.

Qeyd edək ki, indiyədək metropoliten işçilərinin peşə bayramı 8 noyabrda qeyd olunurdu. Bu ildən Zəfər Günü ilə əlaqədar olaraq Prezident İlham Əliyevin sərəncamı ilə hər il noyabr ayının 6-sı Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir