Cəmiyyət

Ağstafada dumanlı hava qəzaya səbəb oldu: Xəsarət alan var

Sharing is caring!

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yoldan çıxaraq bardürə çırpılıb.

Qəza zamanı sürücü, 1968-ci il təvəllüdlü Eltun Musayev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəzanın havanın dumanlı olması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir