Cəmiyyət

Masallı sakini tüfəng atəşi nəticəsində öldü

Sharing is caring!

Masallı sakini ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, dekabrın 9-da saat 20 radələrində Lerik rayonu Vamazqon kəndində Masallı rayon sakini 1975-ci il təvəllüdlü Ədalət Şiriyevin ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.

Hadisənin Lerik rayon sakini 1977-ci il təvəllüdlü Əmir Litfiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyi bildirilir.

Polis və prokurorluğun əməliyyat-axtarış, əməliyyat-istintaq qrupu hadisə yerinə cəlb edilib.

Fakt bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir