İdman

Çingiz Hüseynzadə Kamerunu təftiş etdi – FOTO

Sharing is caring!

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, VI İslam Həmrəyliyi Oyunlarının Təftiş Komitəsinin prezidenti Çingiz Hüseynzadə Kamerun Respublikasına səfər edib.

Oxu.Az-a verilən xəbərə görə, Çingiz Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Kamerun Respublikasının dövlət rəsmiləri – yerli Olimpiya Komitəsinin prezidenti Hamad Kalakaba, idman naziri Narsiss Muell Kombi, paytaxt Yaunde şəhərinin meri Lük Messi Atanqana, xarici işlər nazirinin müavini MBaya Felikslə görüşüb.

Görüşdə ölkənin beynəlxalq idman tədbirinə hazırlıq prosesi müzakirə olunub. 2025-ci ildə Kamerunun VI İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə əlaqədar olaraq komitə üzvləri idman obyektlərinin vəziyyəti ilə tanış olub və ümumilikdə yarışların baş tutacağı infrastruktur sahələrinə baxış keçiriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir