Cəmiyyət

Cəlilabadda qəza törədən azyaşlı sürücü hadisə yerindən qaçdı – FOTO

Sharing is caring!

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, “VAZ 2107” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarında olan çuxura düşüb.

Məlumata görə, avtomobili azyaşlı sürücü idarə edib və o, qəzadan sonra hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir