Cəmiyyət

Narkotik vasitənin təsiri altında olan şəxs iki il müddətinə sürücülük hüququnu itirdi

Sharing is caring!

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən noyabrın 26-da Masallı rayonu ərazisində yerləşən postda “Opel” markalı avtomobil saxlanılıb. 

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, polis əməkdaşları tərəfindən sürücü, Sumqayıt şəhər sakini Azər Əhmədzadənin narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib edilib. 

Masallı Rayon Məhkəməsinin qərarı ilə A.Əhmədzadə iki il müddətinə sürücülük hüququndan məhrum edilməklə 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir