Cəmiyyət

Ekspert: “Azərbaycan Çin üçün Avropaya çıxışı təmin edən əsas marşrutlardan biridir”

Sharing is caring!


“Azərbaycan Çin üçün Avropaya çıxışı təmin edən əsas nəqliyyat marşrutlarından biridir”.

Bunu AZƏRTAC-a açıqlamasında Çin İctimai Elmlər Akademiyasının Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun direktor müavini Li Cenli deyib.

Tədqiqatçı 2013-cü ildə Çin Lideri Si Cinpinin “Kəmər və yol” təşəbbüsünü irəli sürməsindən sonra Cənubi Qafqazın onlar üçün çox vacib regiona çevrildiyini, bu mənada Azərbaycanın da Çin üçün xüsusi əhəmiyyəti olan ölkə olduğunu bildirib.

“Azərbaycan Çin üçün Avropaya çıxışı təmin edən əsas nəqliyyat marşrutlarından biridir. Bu baxımdan Azərbaycanla əlaqələrin dərinləşdirilməsi bizim üçün olduqca əhəmiyyətlidir”, – deyən ekspert əlavə edib ki, “Kəmər və yol” təşəbbüsü Çin ilə Azərbaycan arasında tarixi münasibətlərin müasir dövrdə inkişafı üçün də yeni imkanlar yaradır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir