Cəmiyyət manset

Fuad Qəhrəmanlının ikinci qızı bacısını dəstəklədi

Sharing is caring!

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ikinci qızı Sanay Yağmur bacısı Selcanı dəstəkləyib.

XəbərAl.az xəbər verir ki, o, Feysbuk profilində bununla bağlı status yazıb:

“Selcanın bütün dedikləri doğrudur. Kimin nə deməsindən asılı olmayaraq, bizim “ailə”də şiddət olub”.

Sanay Yağmur statusunu #QadınaŞiddətəSon, #Susma, #MeTooAzerbaijan həştəqlərı ilə yayımlayıb.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Selcan Yağmur ötən gün sosial şəbəkədə atasının ailədə şiddət, zorakılıq tətbiq etdiyini, illərlə buna dözməyə məcbur olduqlarını, indi isə atasından imtina etdiyini, anası, tanınmış yazar Zümrüd Yağmurun isə boşanmaq üçün məhkəməyə müraciət etdiyini yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir