Cəmiyyət

17 ailənin yaşadığı ünvanda nə baş verir? – VİDEO

Sharing is caring!

Nərimanov rayonu Malik Məmmədov küçəsi 10 ünvanındakı yaşayış evlərinin sahibləri təhlükəli vəziyyətlə üz-üzə qalıblar.

Sözügedən ərazidə 17 ildir ki, tikinti işləri gedir. Sakinlərin bir qismi buradan köçürülsə də, 17 ailə hələ də bu vəziyyətdə yaşamağa çalışır. Tikinti aparan şirkət isə ərazidə yaşayış olmasına baxmayaraq, söküntü işlərini davam etdirir.

Baku TV-nin əməkdaşı iddialara cavab tapmaq üçün ev sahibləri ilə birgə sözügedən tikinti şirkətinin ofisinə üz tutub. Bir müddət orada gözlədildikdən sonra şirkətin əməkdaşı, nəhayət, məsələ ilə bağlı açıqlama verib.

Nurəddin Ağayev qeyd edib ki, sakinlərə tikintisi başa çatan binada mənzil təklif olunsa da, onlar bundan imtina ediblər. 

Şirkət nümayəndəsindən bütün sakinlərin oradan köçürülmədən niyə söküntü işlərinin hələ də davam etdirilməsi ilə bağlı suala isə dəqiq cavab almaq mümkün olmayıb.

Məsələ ilə əlaqədar Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiqlənən layihə əsasında sözügedən ərazidə tikintiyə icazə verilib. Hazırda həmin ərazidəki sakinlərin təxminən 60%-i tikinti şirkəti ilə bağlanan müvafiq müqavilələr əsasında köçürülüb. Eyni zamanda komitədən bildirilib ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz Şıxəliyev və Malik Məmmədov küçələrinin kəsişməsində yerləşən ərazidə inşaat işlərinin aparılması üçün Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən “Komfort Həyat” MTK-ya pilot layihə çərçivəsində tikintiyə icazə verilib. Razılaşdırılmış sənədlərə əsasən, həmin ərazidə 6 girişli 13 mərtəbəli yaşayış binası inşa ediləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir