Cəmiyyət

FHN-in qurumları arasında keçirilən voleybol çempionatına yekun vurulub – FOTO

Sharing is caring!

24-28 oktyabr 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun arenasında Nazirliyin qurumları arasında Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyinə və Vətən müharibəsi zamanı xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş FHN-in Mülki müdafiə qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Şəfiyev Rəşad Vaqif oğlunun əziz xatirəsinə həsr olunmuş voleybol üzrə çempionat keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in İdman-sağlamlıq klubu və Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı, Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə keçirilən çempionatda FHN-in qurumları üzrə 15 komandadan 150-yə yaxın idmançı iştirak edib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışların nəticələrinə əsasən finalda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin komandası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin komandasına qalib gələrək yarışın qalibi olub. 3-cü yer uğrunda keçirilən görüşdə isə Mülki müdafiə qoşunlarının komandası Qarabağ Regional Mərkəzinin komandasına qalib gələrək çempionatın bürünc medalına sahib çıxıb.

5 gün davam edən çempionatın bağlanış mərasimində torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən FHN-in İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov Mülki müdafiə qoşunlarının şəhid əməkdaşı Rəşad Şəfiyevin həyat yolundan söz açaraq, onun vətənpərvər, işgüzar, məsuliyyətli hərbi qulluqçu kimi qısa vaxtda kollektivin hörmətini qazandığını bildiriblər. Sonra ölkəmizdə idmanın inkişafı istiqamətində görülən işlərdən, bu sahədə yubileyi qeyd edilən Milli Olimpiya Komitəsinin rolundan danışıb, FHN əməkdaşlarının idman uğurlarından söz açıblar.

Daha sonra yarışın qaliblərinə kubok, medal və qiymətli hədiyyələr təqdim edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir