Cəmiyyət

“Artım real xərcləri əhatə edə biləcək qədər olmalıdır” – İqtisadçıdan AÇIQLAMA + FOTO

Sharing is caring!

“2022-ci ilin yekunları tam təhlil olunduqdan sonra icmal büdcəsinin qalığının yönəldilməsilə bağlı müvafiq tədbirlər görüləcək. Orta illik inflyasiyanı nəzərə almaqla əməkhaqlarının, pensiyaların artımı təmin olunacaq. Dövlət büdcəsindən hər il 40%-ə qədər xərclər sosial sahələr üçün nəzərdə tutulur. Sevindirici məsələlərdən biri ondan ibarətdir ki, bu ilin 9 ayı ərzində ölkə büdcəsinin gəlirləri 29,7 milyard manat artıb, xərclər isə 22,5 milyard manat təşkil edib. Eyni zamanda 9 ay ərzində 7 milyard manat sərbəst vəsait yaranıb.

Məlumdur ki, dövlət büdcəsinin sərbəst qalığı birinci növbədə sosial tədbirlərə – əməkhaqları, təqaüdlər və pensiyaların artırılmasına, şəhid ailələrinin ailə büdcələrinin formalaşmasına yönəldilir. 2023-cü ildə də bu tendensiya davam edəcək. Mühüm tədbirlərin həyata keçirilməsi labüddür”. 

Bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Aydın Hüseynov gələn ilin büdcəsi haqqında danışarkən deyib.

Qeyd edək ki, əvvəlki illərdə olduğu kimi 2023-cü ilin dövlət büdcəsi də sosialyönlü olaraq proqnozlaşdırılıb. 2023-cü ildə bu məqsədlə 15,2 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 1,3 milyard manat və ya 9,3 faiz çoxdur.

Bəs görəsən, bahalaşmanın müşahidə olunduğu bir vaxtda pensiya və maaşların artırılması mümkündür? Artım olarsa, insanlar ehtiyaclarını tam ödəyə biləcəklərmi?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimovun sözlərinə görə, yanacağın və kommunal xərclərin bahalaşması inflyasiyaya yol açan amillərdir:

“İnflyasiya prosesinin indeksasiyası aparılır. Müvafiq şəkildə pensiyaların və maaşların artırılması təmin edilir. Bu, birmənalı qaydadır. Normal cəmiyyətdə işlər bu qaydada davam etdirilir. Əsas məsələ onun reallığı əks etdirməsidir. İnflyasiyanın özü də labüd idi. Pandemiya ilə mübarizədə məhz tətbiq olunan manitar və fiskal siyasət nəticəsində bu inflyasiya bütün dünyanı bürüməli idi.

Yanacağın və kommunal xərclərin bahalaşması bunların hamısı inflyasiyaya yol açan işlərdir. Belə olduğu halda maaşlar qalxmalıdır. Bu gün inflyasiya 500-dən çox birinci və ikinci dərəcəli istifadə etdiyimiz istehlak bazarındakı məhsullar üzərindədir. İndeksasiya ikirəqəmlidirsə, birrəqəmli edə bilmərik”.

F.İbrahimov qeyd edib ki, artım real xərcləri əhatə edə biləcək qədər olmalıdır:

“Bu təbii haldır. 2015-ci ildən sonrakı iki devalvasiya ilə üzləşməyimiz, problemli kreditlərin olması insanların həyatını daha da mürəkkəbləşdirdi. Bahalaşma birmənalı yol xəritəmizdə sosialyönümlü layihələri ilk pilləyə qaldırdı.

Bizim büdcəmizin sosialyönümlü olması ilə bağlı dəfələrlə bu istiqamətdə davam edəcəyini bildirirlər. Artması proqramın təbii olaraq davamıdır. Artım prosesi gedir. Artım da öz növbəsində sosial layihələrin müəyyən sahəsində depolanır. Biz istehlakçılar, vətəndaşlar bunun dolayı yolla müsbət xeyrini görə bilirik”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir